YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə İrlandiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Bratislavada keçirilən 26-cı iclası çərçivəsində İrlandiyanın Xarici İşlər və Ticarət naziri Simon Koveney ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, nazirlər Azərbaycan və İrlandiya arasında ikitərəfli əməkdaşlığın gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Onlar müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər regional məsələləri müzakirə ediblər.