YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Mehdiyev: Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsində 100 min manat artım nəzərdə tutulub

“Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün büdcəsində 100 min manat artım nəzərdə tutulub”. Bunu fondun sədri Elman Mehdiyev Milli Məclisin bu gün keçirilən iclasındakı çıxışı zamanı deyib.

E.Mehdiyev  bildirib ki, sanatoriya kurort yollayışlarında artım olub. Onun sözlərinə görə, sığorta olunanların sanatoriya kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası vasitəsi ilə maliyyələşdirilən xərclərin proqnozu 19 milyon manat dəyərində nəzərdə tutulurdu.

«Bu, 2014-cü ilə nisbətən 2,2 faiz çox idi. Artım əsasən aşağıdakı kimi nəzərdə tutulub. Bu məbləğ 122,8 min manatdan növbəti il üçün 222 min manata çatdırılıb. Əvvəl 122, 8 min manat nəzərdə tutulmuşdu. Bu vəsait DSMF-nin saxlanma xərclərinin azaldıması hesabına mümkün olub. Nəzərdə tutulan artımın 30,3 min manatı sığorta olunanların uşaqlarının kurort və istirahəti, 167,4 min manatı Azərbaycan Həmklarlar İttifaqının idman cəmiyyətlərinin inkişafına yönləndirilməsi, 9,7 min manatı sanatoriyada qida və tibbi personallar üçün nəzərdə tutulub”- deyə, E.Mehdiyev qeyd edib.