YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına heç bir şübhəmiz yoxdur

«Xalq diplomatiyası vacib məsələdir və Dağlıq Qarabağın azərbaycanlı icması Dağlıq Qarabağın erməni icması ilə görüşlərə nail olmaq istəyir»”. Bu fikri  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin idarə heyətinin üzvü Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, dünya ictimaiyyəti və Dağlıq Qarabağ erməniləri başa düşməlidirlər ki, Dağlıq Qarabağdakı hazırkı rejim sadəcə, bir icmadır. Onun fikrincə, Dağlıq Qarabağın azərbaycanlı və erməni erməni icmalarının rəhbərləri bir araya gəlməlidir.

«Bizim heç bir şübhəmiz yoxdur ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq və hər iki icma Azərbaycanın tərkibində, Dağlıq Qarabağda yaşayacaq. Bu icmalar öz aralarında ünsiyyət forması tapa bilsələr, bəlkə də böyük sülh müqaviləsinə öz töhfələrini verə bilərlər. Bu istiqamətdə biz bu gün də işimizi davam etdiririk. İnanıram ki, qarşı tərəfdən də belə insanlar tapılacaq»- deyə, R.Rzayev qeyd edib.