YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Әsas məqsəd Azərbaycanın ali təhsil sistemini aparıcı dünya standartlarına çatdırmaqdır

"Әsas məqsəd Azərbaycanın ali təhsil sistemini təkmilləşdirmək və aparıcı dünya standartlarına çatdırmaqdır. Son illər bu istiqamətdə xeyli işlər görülüb". Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşündə çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

Təhsil nazirinin sözlərinə görə, ötən il ölkə Prezidenti tərəfindən təsdiq olunan "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Startegiyası"nın əsas hədəfi ölkəmizin müasirləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəxalq rəqabət davamlılığını qorumaqdan ibarətdir.
Nazir qeyd edib ki, beynəlxalq təşkilat kimi təşəkkül tapmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzv ölkələr arasında çoxtərəfli sahələrdə çoxsaylı dialoq və əməkdaşlığın formalaşması istiqamətində uğurlu addımlar atır. 

DİGƏR Xəbərlər Arxiv