YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leonid Kuçma: Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri böyükdür

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bu ölkənin keçmiş Prezidenti Leonid Kuçma ilə görüşüb. Səfir britaniyalı yazıçı Graeme Vilsonun müəllifi olduğu “Heydər Əliyev və Azərbaycanın yüksəlişi, enişi və yenidən dirçəlişi” kitabını sabiq Prezidentə təqdim edib.

Müəllif kitabda Ukraynanın keçmiş prezidentləri Leonid Kravçuk və Leonid Kuçma ilə görüşü və onlardan aldığı müsahibələrdən də istifadə edib. Kitabda Ukraynanın keçmiş prezidentlərinin Heydər Əliyevin uca şəxsiyyəti, çətin illərdə Azərbaycan dövlətçiliyini xilas etməsi, daxili və xarici siyasətin möhkəm təməlini yaratması ilə bağlı fikirlərinə geniş yer verilib.

Səfir ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işləri, regionda həyata keçirilən irimiqyaslı layihələr barədə Ukraynanın keçmiş Prezidentinə ətraflı məlumat verib, Azərbaycan-Ukrayna münasibətlərinə dair fikir mübadiləsi aparılıb.