YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Ölkəmizin iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib

«Aqrar sektorun inkişafının strateji istiqamət kimi seçilməsi və kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair ayrıca Strateji Yol Xəritəsinin təsdiqlənməsi ilk növbədə ölkəmizin reallıqları ilə bağlıdır. Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, əlverişli iqlim şəraiti, münbit torpaqlar, son illərdə dövlət investisiyaları hesabına yaradılan infrastruktur bu sahədə ənənələri dirçəltməklə respublikanın istehsal və ixrac imkanlarının genişləndirilməsinə böyük perspektivlər açır. Onun sözlərinə görə, hədəflənən nəticələrin əldə olunması üçün dövlət tərəfindən kənd təsərrüfatının inkişafına böyük diqqət və qayğı göstərilir. Aparılan məqsədyönlü siyasət isə öz bəhrəsini verməkdədir və son illərdə respublikamızda aqrar sahədə davamlı olaraq yüksək nəticələr əldə olunur.

«Ölkəmizdə 2004-cü ildən etibarən uğurla reallaşdırılan və indiyə qədər üç mərhələdə icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrimizin kompleks inkişafını təmin edib. Bu qəbildən icrası davam edən "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramı xüsusilə kənd təsərrüfatının daha yüksək səviyyədə vüsət almasına yol açıb. 2014-2018-ci illəri əhatə edən regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası aqrar sektorun çoxsahəli və şaxələndirilmiş inkişafında dönüş yaradıb. Bu proqramın üçüncü ilinin yekunlarına həsr olunan konfransda da vurğulandığı kimi, adıçəkilən Dövlət Proqramının uğurlu icrası ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatında, aqrar sahənin inkişafında, yeni istehsal sahələrinin yaradılmasında xüsusi əhəmiyyətə malik olub. Ölkə Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq yaxın perspektivdə ölkənin bütün istiqamətlər üzrə ərzağa olan tələbatının tam yerli istehsal hesabına ödənilməsi hədəf seçilib. Və bu uğura yaxın zamanlarda nail olunacağı artıq günümüzün reallığı kimi qəbul edilir»- deyə, komitə sədri vurğulayıb.