YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Hikkə və ambisiya Əli İnsanova həqiqəti dərk etməyə ciddi mane olur

“Əli İnsanovun partiya yaratması o qədər kiçik hadisədir ki, onu şərh etməyə belə dəyməz. Hadisələr göstərir ki, bu insan cəmiyyət üçün bütünlüklə itirilmişdir. Məhbusluq həyatı ona dərs olmadı, islah olunmadı. Səhvini davam etdirir. Bu onun öz seçimidir. Cəmiyyətin seçimi isə tamam fərqlidir. Hikkə və ambisiya Əli İnsanova həqiqəti dərk etməyə ciddi mane olur”.

Bu fikirləri Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov APA-nın sualını cavablandırarkən deyib.

Əli Əhmədov qeyd edib ki, elan etdiyi partiyaya gəldikdə isə, hələlik məlum olan odur ki, özünə məşğuliyyət tapa bilməyən bir neçəsi onun yanına gedib gəlir: “Cəmiyyət Əli İnsanovun bir neçə bəyanatını soyuq və biganə qarşıladığı kimi, yaratdığını elan etdiyi partiyaya da münasibət fərqli olmayacaq. O, sosial bazadan tam məhrumdur. Onun partiya yaratması ilə əlaqədar diqqəti çəkən yalnız ad oldu. Daha doğrusu, adın və mahiyyətin dərin təzadı. Əli İnsanov hara, haqq - ədalət hara. Bu gün cəmiyyətdə Əli İnsanovla əlaqədar aparılan müzakirələr əsas etibarilə onun qanunsuz yollar ilə əldə etdiyi sərvətlər və malikanələri haqqındadır. Onun Haqq Ədalət partiyası yaratması, əslində bu bəşəri dəyərlərə hörmətsizlikdir, həqarətdir. Əli İnsanovu tanıyanlar çox gözəl bilir ki, bu insanın xarakterində həmin anlayışlara heç zaman yer olmayıb və bu gün də yoxdur. Onda nə ədalət var, nə də o, haqqı tanıyan insandır. Sonda onu deyə bilərəm ki, Azərbaycanda onlarla partiya var ki, mövcudluğundan belə kiminsə xəbəri yoxdur. Qoy bu da onlardan biri olsun. Fərq etməz”.