YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır

Son bir neçə ildə Rusiya ilə Azərbaycan arasında iqtisadi, siyasi və mədəni sahələrdə münasibətlər intensiv inkişaf edir.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev bu sözləri Moskvada keçirilən Rusiya-Azərbaycan regionlararası forumunun gedişində söyləyib.

O qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır.

D.Savelyev deyib: “Azərbaycan Rusiyanın ən etibarlı, mən deyərdim ki, yeganə etibarlı tərəfdaşıdır. Bu forumun Moskvada keçirilməsi bizim üçün çox vacibdir. Azərbaycan Moskvada keçirilən nəqliyyat forumunda da iştirak edib”.

Turizm sahəsində əməkdaşlığın vacibliyini qeyd edən rusiyalı deputat deyib: “Turizm ölkələrimiz arasında ikitərəfli münasibətləri möhkəmləndirməyə kömək edən çox mühüm sahədir. Azərbaycana səfər edən rusiyalıların sayı nə qədər çox olsa, onlar Azərbaycanı bir o qədər çox sevəcəklər. Ruslarda belə bir məsəl var: “On dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır”. Bir dəfə Azərbaycanda olan rusiyalılar sonra ona laqeyd qalmırlar. Bu, çox vacibdir”.