YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan kəlağayısı YUNESKO-nun Qeyri-maddi mədəni irs Siyahısına daxil edildi

Azərbaycan kəlağayısı YUNESKO-nun Qeyri-maddi mədəni irs Siyahısına daxil edilib.

Bu barədə Trend Azərbaycanın YUNESKO yanında Daimi nümayəndəliyinin "Twitter" səhifəsinə istinadən məlumat verir.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə daxil olan məlumatda isə deyilir ki, cari ilin 24-28 noyabr tarixində YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclası keçirilir. Sessiyanın bugünkü iclasında Azərbaycan kəlağayısı “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Kəlağayı faylı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanıb. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin YUNESKO yanında Daimi nümayəndəliyi, YUNESKO üzrə Milli Komissiyanın birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində Komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş oldu.

Ölkəmizin mədəniyyət həyatında baş verən bu tarixi hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına, ölkəmizin mədəniyyətinin inkişafına göstərdiyi yüksək dəstəyin və qayğının nəticəsidir.