YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məhəmməd Bəşər Ərəfət: Bakı Sammiti din xadimlərinin öz təcrübələrini bölüşməsi baxımından əhəmiyyətli oldu

Müxtəlif dinlərin 600-dək nümayəndəsinin iştirakı ilə keçirilən Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etməkdən çox məmnun oldum. Düşünürəm ki, Amerikada, Avropada və dünyanın digər ölkələrində fəaliyyət göstərən din xadimlərinin aktual çağırışlar ətrafında müzakirələr aparması və öz təcrübələrini bölüşməsi məqsədilə belə mötəbər tədbirdə bir araya gəlməsi böyük əhəmiyyət kəsb edir.

Bu fikirləri Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçısı, Sivilizasiyalararası Mübadilə və Əməkdaşlıq Fondunun prezidenti Məhəmməd Bəşər Ərəfət jurnalistlərə müsahibəsində deyib.

Azərbaycanda ilk dəfə belə tədbirdə iştirak etdiyini bildirən Məhəmməd Bəşər Ərəfət belə sammitlərin yeni dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasına şərait yaratdığını qeyd edib. Vurğulayıb ki, bu da öz növbəsində, gələcəkdə digər ölkələrdə bu cür faydalı və əhəmiyyətli tədbirlərin keçirilməsinə zəmin yaradır.