YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə və Rusiya milli valyutalarda hesablaşmaların aparılmasını inkişaf etdirəcəklər

Türkiyə və Rusiya mövcud maneələri aradan qaldırmaqla milli valyutalarda hesablaşmaların aparılmasını inkişaf etdirmək barədə razılığa gəliblər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Moskvada keçirilən Rusiya-Türkiyə hökumətlərarası komissiyanın iclasının protokolunda deyilir.

Tərəflər, həmçinin rubl və lirədə hesablaşmaların artımı yolunda maneələrin üzə çıxarılması üzrə hər iki ölkənin biznes cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə iş aparmaq barədə razılıq əldə ediblər.