YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın 37 ştatını etiraz dalğası bürüyüb

Hakimlər kollegiyasının Ferqüson şəhərində 18 yaşlı Afrika əsilli gənci güllələyən ağdərili polisi bəraət verməsi ilə əlaqədar etiraz aksiyaları davam edir. Ferqüson şəhərindən başlayan etiraz dalğası artıq ABŞ-ın bir çox ştatlarına yayılıb.

Etirazçılar Sent-Luisin mərkəzi küçələrini və şəhəri İllinoys ştatı ilə birləşdirən Missisipi çayı üzərindəki körpünü bir neçə saatlıq bağlayıblar.

Nyu-Yorkun Tayms-Skver meydanına toplaşan minlərlə nümayişçi isə Manhetten və Bruklin rayonlarını birləşdirən körpüdə hərəkəti müvəqqəti dayandırmağa nail olub. Qəzəblənmiş kütlənin Qudzon çayının altından keçən və Nyu-Yorku Nyu-Cersi ştatı ilə bağlayan avtomobil tunelini bağlayacağından ehtiyat edən şəhər polisi yüksək hazırlıq vəziyyətinə gətirilib.

İrimiqyaslı etiraz dalğaları, həmçinin Çikaqo, Filadelfiya, Atlanta, Los-Anceles, San-Fransisko kimi şəhərləri və ümumilikdə 50 ştatdan 37-sini bürüyüb.

Ölkənin paytaxtı Vaşinqton da etiraz aksiyalarından kənarda qalmayıb. Şəhərin polis idarəsi qarşısında yerə uzanaraq ölmüş insan görkəmi alan nümayişçilərin sinələrində “Qaradərililərin də həyatı önəmlidir” şüarı yazılan plakatlar olub.

Hadisələrin başladığı Ferqüson şəhərində isə vəziyyət bir qədər sakitləşsə də, aksiyaların yeni qüvvə ilə qızışacağı istisna olunmur. Missuri ştatının qubernatoru Cey Nikson şəhərə Milli qvardiyanın əlavə bir neçə yüz əsgərinin göndərilməsi tapşırığından sonra burada asayişi 2200 hərbçi qoruyacaq. Şəhərdə artıq 80-dən çox nümayişçi həbs edilib.