YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Azərbaycanla Türkiyə arasında mədəni əlaqələr də yüksək səviyyədədir

«Azərbaycanda Türkiyə Mədəniyyəti Günlərinin keçirilməsi çox təqdirəlayiq haldır». Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, iki ölkənin münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Onun sözlərinə görə, əlaqələr bütün istiqamətlər üzrə yüksək səviyyədədir.

«Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq digər ölkələr üçün nümunə olacaq səviyyədədir. Bizim xalqları ortaq tarix, dil, mədəniyyət birləşdirir. Yəni biz eyni kökdənik. Bu mənada mədəniyyət günlərinin keçirilməsi çox yaxşı haldır və bu tədbir ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanır. Fikrimcə, bu kimi tədbirlər davamlı olmalıdır»- deyə, N.Cəfərov vurğulayıb.