YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir

"Son illərdə ölkədə aparılan islahatlar xüsusilə də “kölgə” istiqasiyyatı ilə bağlı aparılan mübarizə öz nəticələrini verir. Bu nəticələri vergi və gömrük daxilolmalarında aydın görürük”. Bu fikirləri  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Z.Səmədzadə  bildirib ki, 2019-cu ilin 9 ayı ərzində ÜDM-nin nominal artımı 1.2 faiz, qeyri-neft sektoru üzrə 7.6 faiz olduğu halda, vergi daxilolmalarının artım tempi 5.7 faiz təşkil edib: “O cümlədən qeyri-neft sektoru üzrə 12.6 faiz təşkil edib”.

Komitə sədri söyləyib ki, 2019-cu ilin müvafiq dövründə proqnozun icrası ümumilikdə 104.9 faiz, neft sektoru üzrə 95.9 faiz, qeyri-neft sektoru üzrə isə 109.5 faiz yerinə yetirilib: “Cəmi aktiv ƏDV ödəyicilərinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 1 noyabr 2019-cu il tarixinə 32.9 faiz artıb”.

DİGƏR Xəbərlər Arxiv