YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qorxmaz Hüseynov: Əhalinin keyfiyyətli içməli su təminatı ilə bağlı irimiqyaslı layihələr həyata keçirlir

“Bu gün ölkəmizin hər yerində abadlıq və quruculuq işləri həyata keçirilir. Bütün sahələrdə olduğu kimi su sektoruna da böyük diqqət yetirilir. Ölkəmizdə bu sektorun inkişafı prioritetlərdən biridir”. Bu fikirləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov  bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində  keçirdiyi mətbuat konfransında deyib.

Q.Hüseynov bildirib  ki, əhalinin içməli su ilə təminatı məsələsi dövlət başçısının daim diqqətindədir. O diqqətə çatdırıb ki, bu istiqamətdə ölkə Prezidenti tərəfindən müvafiq dövlət proqramları təsdiq olunub. Həmin proqramlar regionları, o cümlədən Bakı şəhəri və  Abşeron yarımadasını da əhatə edir. Bu proqramlar ardıcıl şəkildə icra olunur və irimiqyasli layihələr həyata keçirilir. Onun sözlərinə görə, regionlarda bu vaxta qədər 50 rayonda işlər başlanıb və artıq  30 rayonda işlər başa çatıb. 

Q.Hüseynov  onu da bildirib ki, Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır. Onun sözlərinə görə, həmin pasportlarda suyun keyfiyyəti, əhalinin sayı, su təchizatı, suyun kim tərəfindən təchiz edilməsi və s. kimi parametrlər öz əksini tapacaq: “Regionlarda bütün su mənbələrinin yaxşılaşdırılması məsələsini daim diqqətdə saxlayırıq. Abşeron yarımadasında fasiləsiz su təminatı ilə bağlı böyük işlər həyata keçirilib. Artıq yarımadada fasiləsiz su təminatı göstəricisi 30 faizdən 81,5 faizə  çatdırılıb”.