YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Suraxanı rayon təşkilatı “Gənc Bələdiyyələr – daha dinamik xidmət” devizi ilə Bələdiyyə seçkilərinə hazırlıq işlərinə start vermişdir

23 dekabr 2019 –cu il tarixində keçiriləcək Bələdiyyə seçkiləri çərçivəsində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı – “Gənc Bələdiyyələr – daha dinamik xidmət” devizi ilə Bələdiyyə seçkilərinə hazırlıq işlərinə start vermişdir. Rayon partiya təşkilatının tərkibində Seçki Qərargahı yaradılmış, qərargahın üzvləri ilə görüşlər keçirilmiş, onlar üçün bir neçə dəfə treninqlər təşkil edilmiş və vəzifə bölgüsü aparılmışdır. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı “Gənc Bələdiyyələr - daha dinamik xidmət” devizi ilə qoşulduğu seçki prosesində gənc namizədlərə daha çox üstünlük vermişdir. Bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülən YAP üzvləri ilə fərdi söhbətlər aparılmış, Yeni Azərbaycan Partiyasının  tapşırıq və tövsiyyələri onların nəzərinə çatdırılmışdır.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı tərəfindən 6 qəsəbə Bələdiyyəsi üzrə  88 namizəd irəli sürülmüşdür. (Qaraçuxur – 17 nəfər,  Əmircan – 15 nəfər, Bülbülə - 15 nəfər, Yeni Suraxanı – 13 nəfər, Hövsan – 15 nəfər və Zığ – 13 nəfər.)