YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfər Mehdiyev: Kölgə iqtisadiyyatı ilə mübarizədə mühüm uğurlara nail olunub

Ölkəmizdə kölgə iqtisadiyyatı ilə mübarizədə mühüm uğurlara nail olunub. Bunun nəticəsində dövlət büdcəsinə daxilolmaların həcmi artıb. Növbəti ildə də bu məsələ gömrük orqanlarının diqqət mərkəzində olacaq.

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev noyabrın 5-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Səfər Mehdiyev qeyd edib ki, növbəti ildə də Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxilolmaların həcminin artırılması proqnozlaşdırılır.