YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Aqroturizmin inkişafı fermerlərə gəlirlərinin şaxələndirilməsi üçün çox əhəmiyyətlidir

“Kənd təsərrüfatı məhsulları ilə bağlı festivalların keçirilməsi məhsuldarlığın artırılması, fermerlərə, kiçik və orta sahibkarlara dəstək, onların istehsal etdikləri məhsulların təşviqi və satışının genişləndirilməsi məqsədi daşıyır. Belə festivallar həm də məhsul bayramı kimi xarakterizə olunur”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, festivallarda təşkil edilən sərgi-satış yarmarkaları öz növbəsində yerli məhsulların tanıdılması, müştərilərin tapılması və satış kanallarının genişləndirilməsinə xidmət edir. Belə festivalların aqroturizmin inkişafına da böyük dəstək olduğunu vurğulayan millət vəkili deyib ki, aqroturizmin inkişafı fermerlərə gəlirlərinin şaxələndirilməsi, əlavə gəlir mənbələri yerlərinin qazanılması üçün çox əhəmiyyətlidir.

“Dünya təcrübəsində də festivallar məhsulların təşviqi ilə yanaşı, aqroturizmin inkişafına da güclü təkan verir. Bütövlükdə, bu kimi tədbirlər ölkəmizdə aqrar sahənin inkişafına töhfələr verir” - deyə, deputat qeyd edib.