YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Rəqəmsallaşmanın iqtisadiyyata təsiri müasir elmin əsas tədqiqatlarından biridir

“Rəqəmsallaşmanın iqtisadiyyata təsiri müasir elmin əsas tədqiqatlarından biridir”. Bu fikri Milli Məclisin deputatı  Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, iqtisadiyyatın bir sahəsi olan kənd təsərrüfatı sahəsində aparılan tədqiqatlara görə inkişaf etmiş ölkələrdə 1960-cı ildə 1 fermer orta hesabla 26 insanı təmin edirdi.  Daha sonra baş verən biotexnoloji inqilab nəticəsində artıq 2017-ci ildə 1 fermer 155 insanı təmin etməyi bacardı. Hazırda baş verən rəqəmsal inqilab nəticəsində 2050-ci ildə 1 fermer 250 insanı kənd təsərrüfatı məhsulları ilə təmin etməyi bacaracaq. Bu ciddi məhsuldarlıq artımı və s. hesabına baş verəcək.
T. Mirkişili vurğulayıb ki, Azərbaycanda fermerlər əsasən insanları qida məhsulları ilə təmin edirlər, onda ümumi hesablamalara görə hazırda ölkədə 1 fermer 30 insanı təmin edir. Müqayisə üçün, Ukraynada bu göstərici 1 fermer üçün cəmi 10 nəfərdir. Bu rəqəmlər göstərir ki, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətini kəskin artırmaq üçün ciddi şəkildə rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək lazımdır.