YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürşad Zorlu: Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi tarixi əhəmiyyətə malikdir

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda yüksək səviyyədə təşkili və Azərbaycanın bu quruma sədrliyi təkcə qardaş ölkə deyil, bütün türkdilli dövlətlər, həmçinin Türk Şurası üçün tarixi əhəmiyyət daşıyır.

Bu sözləri  tanınmış türkiyəli politoloq, professor Kürşad Zorlu söyləyib. O deyib ki, Türkiyə Qoşulmama Hərəkatına üzv olmasa da, qardaş Azərbaycanın bu quruma sədrliyi dövründə rəsmi Ankara mənəvi olaraq Qoşulmama Hərəkatında təmsil olunacaq.

Qoşulmama Hərəkatının təsis olunması və inkişaf mərhələləri barədə geniş məlumat verən politoloq K.Zorlu əminliklə qeyd edib ki, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan bu qurum bundan sonra da öz əhəmiyyətini qoruyub saxlayacaq. Professor Kürşad Zorlu deyib: “Dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümündə Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi qürurvericidir. Azərbaycan bu quruma sədrlik statusu əldə etməklə Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə nail olmaq üçün tarixi şans qazanıb”.