YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Burkitbay Ayaqan: Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi bu ölkənin uğurudur

Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ölkənizin uğurudur və Azərbaycan doğru yol seçib.

Bunu  Qazaxıstan Dövlət Tarix İnstitutunun direktoru, professor Burkitbay Ayaqan deyib.

O qeyd edib ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi hazırkı dövrdə Azərbaycanın bir çox ciddi məsələlərin düzgün həllində, diplomatik addımların atılmasında və sülhsevər yolların axtarışında olmasından xəbər verir.

Direktor bildirib ki, Azərbaycan qonşu dövlətin aqressiv təcavüzkarlığı qarşısında, ərazisi işğal altında olan ölkədir. Buna baxmayaraq Azərbaycan rəhbərliyi qoşulmama istiqamətində çox ciddi siyasət aparır. Düşünürəm ki, Azərbaycan qoşulmama hərəkatında mühüm rol oynayir.

Bundan başqa tarixçi alim Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşünün yüksək təşkilatçılıqla keçirildiyini bildirdi. Azərbaycanın uzaq Şərqdən Afrikaya qədər parçalanan türkdilli ölkələrin mərkəzində yerləşdiyini söyləyən alim türk dünyasının birliyi üçün iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsinin vacib olduğunu bildirib.

O, hazırda Azərbaycan və Qazaxıstanın aparılan reformalarda lider ölkələr olduğunu vurğulayıb.