YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

CAR rəsmisi: Beynəlxalq hüquqa əsaslanan dünya sisteminin möhkəmləndirilməsi üçün çalışmalıyıq

İnanırıq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ilə təşkilat yeni uğurlara imza atacaq və sədrlik dövründə biz Azərbaycana tam dəstəyimizi göstərəcəyik.

Bunu Cənubi Afrika Respublikasının (CAR) Beynəlxalq Münasibətlər və Əməkdaşlıq naziri Naledi Pandor Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşündə debat müzakirələrdə çıxışı zamanı deyib. /Trend/

Nazir qeyd edib ki, Hərəkat üzvləri səylərini sülh, sabitlik və təhlükəsizliyin qorunmasına yönəltməlidir: “Bununla kifayətlənməməli, həmrəyliyimizi gücləndirməliyik. Xalqlarımızın mənafeyi üçün çalışmalıyıq. Biz terrora qarşı mübarizə aparmalı, onu yaradan səbəbləri aradan qaldırmalıyıq. İnkişafda olan ölkələr üçün yoxsulluq ən çətin problemdir, biz bu istiqamətdə işləməliyik.

Bu gün dünyada rifaha nail olmaq istəyiriksə, BMT Təhlükəsizlik Şurası daxilində islahatlara nail olmalıyıq, bu gün bu islahatlar heç zaman olmadığı qədər vacibdir. CAR bu islahatların zəruriliyi ilə bağlı bəyanat verib.

Sülhün bütün dünyada bərqərar olunması və beynəlxalq hüquqa əsaslanan dünya sisteminin möhkəmləndirilməsi üçün çalışmalıyıq”.