YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir

“2019-cu ilin ötən 9 ayı ərzində ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib”. Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə də qeyd olunduğu kimi, cari ilin 9 ayı ölkəmiz üçün uğurlu olub. Bu uğurların əldə olunmasında son bir ildə başlanmış yeni islahatların mühüm təsiri olubdur. Cənab Prezidentin də vurğuladığı kimi, əldə edilmiş sosial və iqtisadi nəticələr müsbətdir, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Bu dövrdə əldə edilmiş sosial və iqtisadi nəticələr aparılan məqsədyönlü, sistemli və düşünülmüş islahatların məntiqi nəticəsidir.

“2019-cu ilin 9 ayı ərzində iqtisadi artım təmin edilib. Qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox olub. Qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər əldə olunub, 15 faizdən çox artım baş veribdir. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Son illərdə kənd təsərrüfatına böyük investisiyaların qoyulması və bu sahəyə göstərilən dövlət dəstəyi tədbirləri sayəsində aqrar sektorda 7 faizdən çox artım əldə edilib. Digər iqtisadi göstəricilərimiz də müsbətdir. İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Yeri gəlmişkən onu qeyd etmək istərdim ki, 2019-cu ildə çox böyük sosial paketin reallaşması sayəsində 4 milyon 200 mindən çox insanın maddi vəziyyətinin yaxşılaşması və bu sosial tədbirlərə dövlət büdcəsindən 1 milyard manatdan artıq vəsaitin ayrılmasına baxmayaraq, ölkəmizdə inflyasiyanın səviyyəsi sabit qaldı. Bəzi şəxslər hesab edirdilər ki, bu həcmdə böyük artımlar qiymətlərin bahalaşmasına, inflyasiyanın sürətlənməsinə səbəb olacaq. Ancaq dövlətimizin yürütdüyü uğurlu siyasət sayəsində inflyasiyanın sabit qalması təmin edildi”-deyə, A.Hüseynov vurğulayıb.