YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbdül Məcid: Azərbaycanın Qoşulmama Hərəkatına ev sahibliyi etməsi bizi çox qürurlandırır

Azərbaycanın mötəbər beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına ev sahibliyi etməsi bizi çox qürurlandırır. Bu çox gözəl təşəbbüsdür.

Bu fikirləri  Banqladeş Jurnalistlər Birliyinin baş katibi Əbdül Məcid bildirib.

O qeyd edib ki, Qoşulmama Hərəkatı dünyada sülhün güclənməsində mühüm rolu olan təşkilatdır. Banqladeş də bu təşkilatın üzvü olan bir ölkə kimi təcavüzə qarşı çıxır və sülhü dəstəkləyir. “Ümid edirəm ki, buradakı plenar iclaslarda aparılan müzakirələr nəticəsində yer üzündə sülhü bərqərar etmək naminə mühüm addımlar atılacaq”, - deyə Əbdul Məcid vurğulayıb.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən Banqladeş Jurnalistlər Birliyinin baş katibi Bakının çox gözəl, cazibədar və müasir şəhər olduğunu bildirib.