YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Müdafiə naziri NATO Baş katibinin müavini ilə görüşüb

Brüsselə səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də NATO Baş katibinin müavini Mirça Coane ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, tərəflər Azərbaycan-NATO əməkdaşlığı və perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparıblar. M.Coane Azərbaycanın NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasına, habelə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə minnətdarlığını bildirib, hərbi təhsil sahəsində və uyarlılıq platformasındakı əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycanın fəallığını yüksək qiymətləndirib.

Azərbaycanın Müdafiə naziri NATO-nun ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.