YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövşər Baxşəliyeva: Azərbaycanda dövlət-din münasibətlərində dünyəvilik prinsipi əsasdır

“Hazırda din-cəmiyyət münasibətinə, eləcə də fərdlərin dinə münasibətinə nəzər saldıqda, ilk növbədə, XXI əsrin çağırışları və təhdidləri üzərində dayanmaq lazımdır. Bu əsrin çağırışları əvvəlki dövrlərdən fərqlənir”. Bu fikirləri Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, XXI əsr texnologiya əsridir, bu əsr yeniliklər yaratmaqla bərabər özü ilə problemlər və təhdidlər də gətirir. İndi planetdə insanların sayı 7,8 milyard nəfərə çatır. Dünyada baş verən artım müəyyən problemləri ortaya çıxarır. Bu amil təbii resurslarda, su, qida ehtiyatlarında çatışmazlıqlar yaradır. Buna görə də hazırda 2 milyarda yaxın insan gündəlik qida rasionuna olan tələbatını ödəyə bilmir, yəni, yarıac vəziyyətdədir. Bütün bunlar insanların kütləvi şəkildə miqrasiyasına səbəb olur ki, bu da dünya üçün müəyyən təhdidlər yaradır. Qlobal miqyaslı bu problemlər və dəyişikliklər insanların dini inancına da təsir edir.

“Azərbaycan Konstitusiyasında dövlətin dinə münasibəti aydın şəkildə özünü göstərir. Konstitusiyada vicdan azadlığı təmin edilib, dinlər arasında heç bir fərq qoyulmur. Eyni zamanda, Azərbaycanda dövlət-din münasibətlərində dünyəvilik prinsipi əsasdır ki, dünyəviliyin özü də dövlət idarəetməsinə təsir göstərir”-deyə, akademik qeyd edib.

 

 

DİGƏR Xəbərlər Arxiv