YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Rəhimzadə: İlk dəfə olaraq dövlət büdcəsindən bələdiyyələrə subvensiya ayrılacaq

“Azərbaycanda bələdiyyələrin fiziki şəxslərdən əmlak, hüquqi şəxslərdən torpaq vergisi toplamaq hüququ var”. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Bələdiyyələrin əmlak və torpaq vergisi toplaması ilə bağlı müəyyən problemlərlə üzləşdiyini deyən komitə sədri bu il ilk dəfə dövlət büdcəsindən bələdiyyələrə subvensiya ayrılacağını nəzərə çatdırıb. Onun sözlərinə görə, subsidiyadan fərqli olaraq subvensiya məqsədli layihələr üçün nəzərdə tutulmuş xərclərdir.

Arif Rəhimzadə Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi ilə əlaqədar yüz minlərlə insanın bələdiyyələrini formalaşdırmaq hüququndan istifadə edə bilmədiyini söyləyib.

Bələdiyyələrin vətəndaş cəmiyyətindəki rolundan danışan komitə sədri bu ilin dekabrında bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladıb. Bir sıra kiçik bələdiyyələrin birləşdirildiyini, hazırda 1606 bələdiyyənin olduğunu nəzərə çatdıran A.Rəhimzadə bələdiyyə seçkilərində seçici fəallığının yüksək olacağına ümid etdiyini vurğulayıb.