YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizliyə təhdiddir

Noyabrın 21-də Ankarada “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizliyə, qonşuluq münasibətlərinə təhdid kimi” mövzusunda elmi konfrans keçirilib.
Konfransın açılış sessiyasında Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və başqaları çıxış edərək noyabrın 12-də Ermənistan hərbi hava qüvvələrinə məxsus helikopterin Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən hərbi təlimlər zamanı mövqelərimizə hücuma cəhd edərkən zərərsizləşdirilməsinin Dağlıq Qarabağ münaqişəsinin hərbi aspektini bir daha ön plana çıxardığını bildiriblər. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində mütəmadi olaraq atəşkəs rejimini pozmasının münaqişənin sülh yolu ilə həllinə maneə yaratdığı, rəsmi Yerevanın işğalçı mövqeyinin Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmininə təhdid olduğu qeyd edilib. Azərbaycanın regionda iqtisadi, siyasi, hərbi sahələrdə əhəmiyyətli rol oynadığı, bunun “Cənub” qaz dəhlizi və TANAP kimi irimiqyaslı enerji layihələri vasitəsilə bir daha sübut edildiyi diqqətə çatdırılıb.
Sonra Azərbaycan və Türkiyə elm adamlarının “1828-ci ildən günümüzədək Qarabağ ərazisində demoqrafik proseslər”, “1828-ci ildən sonra Qarabağ ərazisində inzibati dəyişikliklər”, “Qarabağ klanının Ermənistanın daxili siyasətindəki rolu”, “Osmanlı arxivlərində Qarabağ”, “Beynəlxalq hüquqda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi”, “Qlobal güclərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşması”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Türkiyənin mövqeyi” mövzularında məruzələri dinlənilib.
Konfransda səfirliyin əməkdaşları, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, elm adamları, tədqiqatçılar, Ankaradakı diplomatik korpusun təmsilçiləri iştirak ediblər.