YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Bu gün dünyada ədalətsizliklər hökm sürür

«Bu gün dünyada ədalətsizliklər hökm sürür». Bu fikri Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, belə bir şəraitdə ölkə Prezidenti düzgün yol seçərək Azərbaycanı inkişaf etdirir.

«Belə ki, ölkəmizin iqtisadiyyatı, ordusu gücləndirilir ki, Ermənistan öz çirkin niyyətindən çəksin. Dünyanın hər yerindən  bu gün Azərbaycana gəlib-gedirlər. Amma konkret məsələyə gəldikdə onlar məlum ünvana söz deyə bilmirlər. Azərbaycanın işğal olunmuş torpaqlarını Prezident İlham Əliyevin rəhbərliyi ilə  azad ediləcək»- deyə, Ə.Həsənov vurğulayıb.