YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Ölkəmizdə davamlı olaraq sosial islahatlar həyata keçirilir

«Ölkəmizdə davamlı olaraq sosial islahatlar həyata keçirilir». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Prezident İlham Əliyevin müəllifi olduğu sosial müdafiə modeli artıq onlarla dünya dövləti üçün örnək olub. Onun sözlərinə görə, Azərbaycanın bu modeli, bu təcrübəsi beynəlxalq təşkilatlar tərəfindən maraqla öyrənilir.

«Sevindirici haldır ki, bu sahə ilə məşğul olan dövlət qurumlarında elektron hökumət ideyasının gerçəkləşməsi istiqamətində ardıcıl addımlar atılıb, məmur-vətəndaş təması maksimum azaldılıb»- deyə, komitə sədri vurğulayıb.