YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Şri-Lanka arasında əlaqələr inkişaf edir

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Şri-Lanka Demokratik Sosialist Respublikasının Xarici İşlər naziri Tilak Marapana ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə həmsöhbətlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin qarşılıqlı faydalı şəkildə inkişaf etdiyindən məmnunluq ifadə ediblər. Azərbaycanla Şri-Lanka arasında həm siyasi, həm də ticari-iqtisadi sahələrdə tərəfdaşlığın artırılması üçün perspektivlərin mövcudluğu vurğulanıb. Bu mənada iki ölkə arasında mülki aviasiya sahəsində və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi qeyd edilib.

Tərəflər XİN-lərarası məsləhətləşmələr mexanizmindən faydalanması, habelə Hökumətlərarası Komissiyalar çərçivəsində səylərin əlaqələndirilməsinin ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verə biləcəyini bildiriblər.

Söhbət zamanı BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda həmrəyliyin göstərilməsinin vacibliyi qeyd edilib. Bu mənada, nazir Elmar Məmmədyarov Azərbaycanın QH-də sədrliyi dövründə Təşkilatın müasir təhdidlərə cavab verilməsi, BMT və digər təşkilatlarla təmasların möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Şri-Lanka XİN-in başçısı T.Marapana Azərbaycanın QH-də sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu ifadə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər qlobal və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.