YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın Pirallahı və Binəqədi rayon təşkilatlarının birgə təşkilatçılığı ilə N saylı hərbi hissəsində 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının  Binəqədi və Pirallahı rayon təşkilatlarının birgə təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Xocasən qəsəbəsində yerləşən N saylı hərbi hissəsində 18 oktyabr-Dövlət Müstəqilliyi Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək müstəqillimizin  tarixindən danışıblar. Bildirilib ki, Azərbaycanın  müstəqil dövlətlər sırasına daxil olması xalqımızın həyatında olduqca mühüm və şərəfli bir tarixdir. Bu gün müstəqil ölkə olaraq Azərbaycanın inkişafı, tərəqqisi Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin nəticəsidir. Azərbaycan günü-gündən dünya miqyaslı nailiyyətlərə imza ataraq regionda və dünyada nüfuzunu daha da yüksəldir. Hər bir azərbaycanlı fəxr edə bilər ki, Azərbaycan kimi güclü dövləti var.

Natiqlər, eyni zamanda, ordu quruculuğu sahəsindəki islahatlardan da geniş söhbət açaraq ordumuzun hər zaman mübarizə əzmində və torpaqlarımızı işğaldan azad etmək iqtidarında olduğunu bildiriblər.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.