YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Quluzadə: Məqsədimiz daxili bazarda elektron ticarətin payını artırmaqdır

Azərbaycanda elektron ticarətin ümumi ticarətdə payı 14 faiz təşkil edir. Bunu 2-ci Bakı Elektron Ticarət Forumunda (BEF-2019) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib.

Nazir bildirib ki, yaxın illərdə dünyada elektron ticarət sürətlə inkişaf edəcək: “Ölkəmiz də istisna deyil. Azərbaycanda elektron ticarətin inkişafı üçün zəruri şərait mövcuddur. Texnoloji innovasiyalar elektron ticarətdə yeni imkanlar açır”.