YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Sadıqov: “Qarabağ Azərbaycandır!” hərəkatı beynəlxalq hərəkata çevrilməlidir

“Azərbaycanın yeganə problemi Dağlıq Qarabağ münaqişəsidir. Münaqişənin həlli dövlətimizin siyasətində başlıca yer tutur”. Bu fikirləri “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov  bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Qarabağ həqiqətlərinin dünyaya çatdırılması,  Ermənistanın işğalçılıq siyasətinin  beynəlxalq aləmdə ifşa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirdi. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Millət vəkilinin sözlərinə görə, dövlətimizin başçısı bütün mötəbər tribunalardan Azərbaycanın haqq səsini dünyaya çatdırır.

 “Dövlətimizin başçısı bütün tribunalardan bəyan edir ki, Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək” deyən B.Sadıqovun sözlərinə görə, artıq işğalçı tərəf çıxılmaz durumdadır. “İşğalçı tərəfə birinci güclü zərbə aprel döyüşləri ilə vuruldu. İkinci zərbə isə Soçidə “Valday” beynəlxalq diskussiya klubunda Prezident İlham Əliyevin çıxışı oldu. Eyni zamanda, dövlətimizin başçısı Aşqabadda çıxışı ilə faşizmin Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olduğunu dünyaya bəyan etdi”-deyən, B.Sadıqov Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminliyini ifadə edib.

“Qarabağ Azərbaycandır!” hərəkatının əhəmiyyətinə toxunan millət vəkili söyləyib ki, xarici ölkələrdə yaşayan soydaşlarımız da “Qarabağ Azərbaycandır!” hərəkatında fəal iştirak etməlidir. Beləliklə də, “Qarabağ Azərbaycandır!” hərəkatı beynəlxalq hərəkata çevrilməlidir.

DİGƏR Xəbərlər Arxiv