YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində maraqları üst-üstə düşür

Avropa İttifaqı (Aİ) ilə Azərbaycanın enerji sahəsində maraqları üst-üstə düşür, hər iki tərəf müvafiq enerji bazarlarının inteqrasiyasından bəhrələnə, bununla da enerji təhlükəsizliklərini gücləndirə bilər.
Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Yunanıstanın “İmerissia” qəzetinə müsahibəsində danışıb.
R.Abdullayev bildirib ki, Aİ və Azərbaycan enerji siyasətində eyni problemlərlə üzləşirlər. Enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, enerji bazarında islahatların dərinləşdirilməsi, enerji infrastrukturlarının inkişafı və modernizasiyası, enerji məhsuldarlığı və qənaəti, bərpa olunan enerji mənbələrindən istifadə hər iki tərəfi ciddi düşündürür. Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlığın möhkəmləndirilməsi lazımi islahatlara imkan verər, eyni zamanda investisiya mühitini gücləndirər, gələcək investisiyalar üçün şərait yaradar.
“Tarixi perspektivdən baxanda, Azərbaycan həmişə özünü qlobal enerji təchizatı mərkəzi olmağa hazırlayıb və hazırlayır. Bildiyiniz ki, SOCAR hazırda 25 qlobal şirkətlə birlikdə bir sıra neft və qaz layihələri üzərində işləyir. Bu layihələr sırasında “Şahdəniz-2” qazını Avropaya ötürəcək “Cənub” qaz dəhlizini qeyd etmək istərdim. Cənubi Qafqaz, TANAP və TAP boru kəmərlərinin də daxil olduğu bu layihəyə yatırılan 45 milyon ABŞ dolları həcmində investisiyanın əhəmiyyətli hissəsi SOCAR tərəfindən qoyulur. Bu, bizim Avropa İttifaqının enerji təchizatı təhlükəsizliyinə tərəfdar olduğumuzu bir daha sübut edir” - deyə SOCAR-ın prezidenti qeyd edib.
R.Abdullayev bildirib ki, SOCAR Avropanın etibarlı enerji tərəfdaşıdır. Enerji təchizatının diversifikasiyası bu gün Avropa İttifaqının enerji siyasətində ən önəmli məsələlərdən biridir və SOCAR avropalı tərəfdaşlarını dəstəkləyir.