YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişaf səviyyəsi məmnunluq doğurur

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi əlaqələrin mövcud inkişaf səviyyəsinin məmnunluq doğurduğu vurğulanıb. Qarşılıqlı faydalı əməkdaşlıq əsasında iqtisadi-ticarət əlaqələrinin dinamik inkişafının sevindirici hal olduğu qeyd olunub. Ölkələrimizin zəngin potensialına uyğun olaraq ticarət dövriyyəsinin daha da artırılması üçün əlverişli imkanların mövcudluğu diqqətə çatdırılıb. Bu xüsusda, Birgə Hökumətlərarası Komissiyanın əhəmiyyətli rola malik olduğu diqqətə çatdırılıb. 
Görüşdə kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, birgə investisiya layihələri, nəqliyyat və yük daşımaları sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.