YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Əminəm ki, Milli Məclisin payız sessiyası uğurlu olacaq

“Milli Məclis 2019-cu ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurmuşdur. Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilmişdir. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini parlament səviyyəsində dəstəkləmək üçün bütün lazımi tədbirlər görülmüşdür. Parlamentin 17 iclası keçirilmiş, 214 qanun və qərar qəbul edilmişdir”. Bu fikirləri Milli Məclisin sədri bu gün parlamentin payız sessiyasının açılışında deyib.

O.Əsədov bildirib ki, Milli Məclisin beynəlxalq əlaqələri inkişaf etmişdir. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər.  Parlamentin yaz, növbədənkənar sessiyalarında və sonrakı dövrdə 35 ölkəyə 106 səfər həyata keçirilmişdir.  42 xarici dövlətin və beynəlxalq təşkilatın 96 nümayəndə heyəti, yəni 834 nəfər Milli Məclisdə olmuşdur. Millət vəkillərimiz Ukraynada və Qazaxıstanda Prezident seçkilərini müşahidə etmişlər.

Milli Məclisin xətti ilə Bakıda 4 beynəlxalq təşkilatın tədbirləri keçirilmiş, eləcə də 12 parlament və 2 beynəlxalq təşkilatın sədrləri Milli Məclisdə qonaq olmuşlar.

“Bu gün biz Milli Məclisin yeni sessiyasına başlayırıq. Payız sessiyasının qanunvericilik işləri planı hazırlanmışdır və müzakirə ediləcəkdir. Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Xüsusən biz Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə və qəbul edəcəyik. Əminəm ki, Milli Məclisin payız sessiyası da uğurlu olacaq”-deyə, spiker vurğulayıb.