YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Savelyev: Azərbaycan Rusiyanın Qafqazda ən etibarlı tərəfdaşıdır

Azərbaycan Rusiyanın Qafqazda ən etibarlı tərəfdaşıdır və özünün hərəkətləri ilə bunu sübut edir.

Bu fikri “Sputnik-Azərbaycan” multimedia mətbuat mərkəzində Azərbaycanda Avrasiya Xalqları Assambleyası Günlərinin açılışı münasibətilə keçirilən mətbuat konfransında Rusiya Dövlət Dumasının üzvü, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev səsləndirib.

Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında münasibətlər intensiv inkişaf edir, siyasi əlaqələr güclənir: “Biz ölkələrimiz arasında münasibətlərin necə sürətlə inkişaf etdiyini görürük, əmtəə dövriyyəsi artır. Belə ki, cari ilin ilk səkkiz ayı ərzində onun həcmi 25 faiz artıb və mütəxəssislərin qənaətinə görə, artmaqda davam edəcək”.