YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub

Azərbaycanda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən ikinci Nəsimi - Poeziya, incəsənət və mənəviyyat Festivalı davam edir.

Festival çərçivəsində Şamaxı rayonunun Meysəri kəndində İmadəddin Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub. Yüngül metal hissəciklərdən hazırlanan "Nəsiminin ruhu" əsərinin müəllifi rəssam, videoart ustası, heykəltəraş və dizayner, qeyri-adi işıq və kölgə instalyasiyalarının müəllifi Rəşad Ələkbərovdur.

Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ictimaiyyət nümayəndələri, mədəniyyət və elm xadimləri, xarici qonaqlar iştirak ediblər.