YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yuras Pojela: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir

Litva–Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Yuras Pojela yerli KİV səhifələrində və Litva Seyminin saytında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş və Ermənistan silahlı qüvvələrinə məxsus hərbi helikopterin məhv edilməsi ilə nəticələnmiş münaqişə ilə əlaqədar bəyanatla çıxış edib. Y.Pojela bu ilin sentyabrında Litva Seyminin deputatı Dalya Kuoditenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin də pislənildiyi bəyanatda qeyd edir ki, D.Kuoditenin şəxsi rəyi Litva dövlətinin mövqeyini əks etdirmir. Cümə günü D.Kuodite bildirib ki, Azərbaycan Respublikası Dağlıq Qarabağın hava məkanında erməni hərbi təyyarəsini vurmaqla “adi fitnəkarlıq” törədib. Y.Pojela yazır: “Belə qiymət tam birtərəfli xarakter daşıyır və münaqişənin dinc yolla nizama salınmasına kömək etmir”.
Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun sədri xatırladır ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir, amma burada Ermənistan qoşunları yerləşdirilib. Y.Pojela deyib: “Beynəlxalq birlik bir sıra qətnamələr qəbul edərək dəfələrlə qoşunları vilayətdən çıxarmağa çağırıb. Bu mövqeyi Litva da dəstəkləyir. D.Kuoditenin ayrı-ayrı çıxışları və Seym Şurasının icazəsi olmadan bu yaxınlarda onun münaqişəli Dağlıq Qarabağ ərazisinə getməsi, beynəlxalq hüquqa etiraz Azərbaycan ilə Litva arasında münaqişənin dinc qolla nizama salınmasına və ikitərəfli münasibətlərə məhvedici təsir göstərir”.
Bəyanatda qeyd edilib ki, sovet ordusunda “uçan tank” adlandırılan vurulmuş “Mi-24” hərbi helikopteri Dağlıq Qarabağda hərbi təlimlərdə iştirak edib ki, bu da beynəlxalq sazişlərə görə, yolverilməzdir. Yuras Pojela əmindir: “Parlament üzvlərinin münaqişənin dinc yolla və davamlı nizama salınmasına kömək etməyən və yalnız separatçıları dəstəkləyən dövlətlər üçün sərfəli ola biləcək belə bəyanatları təəssüf doğurur”.