YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Rumıniya arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Rumıniyanın Xarici İşlər naziri Ramona Nikol Manesku ilə görüşüb

Nazirlər Azərbaycan və Rumıniya arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə ediblər. Ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.

İkitərəfli əməkdaşlığın daha da inkişafında yüksək səviyyəli səfərlər mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən böyük enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparılıb və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.

Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının növbəti Zirvə görüşünün Bakıda keçiriləcəyi və Azərbaycanın bu hərəkatda sədrliyi barədə Rumıniyalı həmkarına məlumat verib.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıb.

 

DİGƏR Xəbərlər Arxiv