YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti türkmənistanlı həmkarını milli bayram münasibətilə təbrik edib

Prezident İlham Əliyev Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib.

Dövlətimizin başçısı məktubda Azərbaycan-Türkmənistan əlaqələrinin qarşılıqlı hörmət, etimad və dəstək prinsipləri ilə səciyyələndiyini qeyd edib. Prezident inandığını bildirib ki, dövlətlərarası münasibətlərimiz və əməkdaşlığımız xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcək.

Azərbaycan Prezidenti türkmənistanlı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.