YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Azərbaycanın dövlət siyasətinin əsas hədəfi insanların yüksək rifahının təmin olunması və firavan yaşamasıdır

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən verilən qərarlar insanların firavanlığını təmin edir”. Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Azərbaycanın dövlət siyasətinin əsas hədəfi insanların yüksək rifahının təmin olunması və  firavan yaşamasıdır. Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti qarşısına qoyduğu məqsədlərə nail olmaqla ölkənin sosial-iqtisadi inkişafının davamlılığını, regionlarda abadlıq quruculuq işlərinin aparılmasına şərait yarandı.

“Prezidentimiz hər bir vətəndaşının yanındadır. Regionların sosial-iqtisadi inkişaf proqramı 2004-cü ildən başlayaraq həyata keçirildi. Bunun nəticəsində regionlarımız xeyli inkişaf edib. Şəhər və kəndlərimiz abadlaşıb, müasirləşib insanların rahatlığı üçün hər cür şərait yaradılıb. Yeni iş yerləri yaradılır. Yol infrastrukturları yaradıldı, ölkənin qazlaşdırılması başa çatmaq üzrədir.  İnsanları narahat edən problemləri aradan qaldırmaq üçün ardıcıl iş aparılır. Bir sözlə ölkəmiz müasirləşir, yeniləşir, demokratik təsisatlar inkişaf etdirilir. Bunun nəticəsində ölkəmiz siyasi, iqtisadi humanitar mərkəzə çevrilib. Dünya gündəmində olan bir sıra beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edirik. Eyni zamanda, Azərbaycan demokratik dəyərlərə və insan haqlarına sadiqdir”-deyə, deputat qeyd edib.