YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Artıq Ermənistanın bütün arqumentləri tükənib

“Azərbaycan hərbi qulluqçusunun qətlə yetirilməsinə görə Ermənistan tərəfini qəti şəkildə qınayırıq. İlk dəfə deyil ki, iki tərəf arasında danışıqlar ərəfəsində Ermənistan bu və ya digər formada təxribatlar törədir”. Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.


Əli Əhmədov bildirib ki, məqsəd danışıqlar prosesinə ziyan vurmaq, ümumiyyətlə danışıqların pozulmasına nail olmaqdır: “Artıq Ermənistan tərəfinin bütün arqumentləri tükənib. Onlar çalışırlar ki, müxtəlif təxribatlar törətməklə, o cümlədən insanların tələf olması kimi cinayətləri törətməklə danışıqları pozsunlar. Beləliklə də status-kvonun ömrünü uzatmağa çalışsınlar. Beynəlxalq ictimaiyyət bunu kəskin surətdə tənqid edir. Azərbaycan  tərəfi dəfələrlə qəti şəkildə bəyan edib ki, münaqişənin dinc yolla həllinin tərəfdarıdır. Amma bu şərtlə ki, münaqişənin həll olunması üçün Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirsin. Əgər onlar belə mövqeni bundan sonra da davam etdirsələr, Azərbaycan öz təbii hüququndan istifadə edərək və malik olduğu möhtəşəm gücə arxalanaraq, ərazi bütövlüyünü təmin etmək üçün ən təsirli tədbirlərini görəcək”.

Baş nazirin müavini qeyd edib ki, ATƏT-in Minsk Qrupu yumşaq şəkildə desək, öz missiyasını həyata keçirmək üçün lazımi fədakarlığı göstərə bilmir.