YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Bəhreyn arasında əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bəhreyn Krallığının Xarici İşlər naziri Şeyx Xalid bin Ahmed Mohamed Al Xalifa ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, nazirlər Azərbaycan ilə Bəhreyn arasında mövcud ikitərəfli əməkdaşlıq münasibətlərini müzakirə edib, əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Söhbət zamanı bu il oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü və Azərbaycanın qarşıdakı üç il ərzində bu Hərəkata sədrliyi məsələlərinə dair fikir mübadiləsi aparılıb. Nazirlər, həmçinin regional və qlobal təhlükəsizlik məsələləri, eləcə də BMT Baş Assambleyasının 74-cü sessiyasının gündəliyindəki digər məsələləri müzakirə ediblər.