YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Hoy Los Angeles” qəzeti: Azərbaycan dünya iqtisadiyyatı üçün model ölkəyə çevrilib

ABŞ-ın “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” həftəliyində Azərbaycanla bağlı məqalə dərc olunub.
Los Ancelesin ən tanınmış jurnalistlərindən olan Reynaldo Mena məqalədə bu ilin oktyabr ayında Bakıda keçirilmiş IV Beynəlxalq Humanitar Forumda iştirak məqsədilə Azərbaycana etdiyi ilk səfərindən yazır.
Humanitar Forumda bir sıra önəmli məsələlərin, o cümlədən rəqəmsal medianın yaratdığı çağırışların müzakirə olunduğunu bildirən müəllif bununla bağlı aparılan müzakirələrin olduqca məhsuldar keçdiyini qeyd edir. R.Mena yazır ki, bu gün rəqəmsal jurnalistika primitiv meyllərdən uzaq durmalı, robotlardan deyil, daha ayıq və ağıllı insanlardan ibarət cəmiyyətlərin qurulmasına öz töhfəsini verməlidirlər. Müəllif Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin belə vacib məsələlərin müzakirəsinə önəm verdiyini, bu istiqamətdə səylərin yüksək qiymətə malik olduğunu vurğulayır.
R.Mena qeyd edir ki, müstəqilliyinin bərpa olunmasından keçən dövr ərzində dünya iqtisadiyyatı üçün model ölkəyə çevrilən Azərbaycan sosial sahəyə qoyduğu sərmayələr və apardığı modernləşmə siyasəti ilə inkişaf etmiş dövlətlərlə eyni səviyyədədir.
Erməni lobbisinin son zamanlar Kaliforniyada Azərbaycan əleyhinə apardığı fəaliyyətlərə toxunan müəllif Azərbaycan ərazisinin bir hissəsinin ermənilər tərəfindən işğal edildiyini, beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu diqqətə çatdırır.
ABŞ-ın ən böyük ispandilli mətbu orqanlarından hesab edilən “Hoy Los Angeles” hər həftə 1 milyondan çox tirajla yayılır.