YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Xarici İşlər naziri Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Mərkəzinin prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Mərkəzinin prezidenti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildiriblər ki, BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Mərkəzinin Prezidenti Vuk Yeremiç ilə görüşüb.

Görüşdə V.Yeremiç Mərkəzin fəaliyyəti ilə bağlı nazir Məmmədyarova məlumat verib.

Tərəflər mümkün əməkdaşlıq yolları və Azərbaycanın araşdırma mərkəzləri ilə Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Mərkəzinin birgə fəaliyyəti barədə ətraflı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

 

DİGƏR Xəbərlər Arxiv