YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qafqaz Qartalı - 2019” təlimində atış çalışmaları yerinə yetirilib

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən, Bakıda keçirilən “Qafqaz Qartalı - 2019” birgə təlimi çərçivəsində xüsusi təyinatlı qüvvələr avtomat, tapança, snayper tüfəngi və birdəfəlik qumbaraatanlardan xüsusi atış çalışmaları yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qarışıq atəş qrupları tərkibində icra edilən atışlar zamanı xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.