YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb.

Tərəflər Azərbaycan ilə Alyans arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıb. Onlar Azərbaycan və Alyans arasındakı qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirib və Alyansın müasir dövrün çağırışlarına qarşı mübarizədə fəal rol oynamasının zəruriliyini vurğulayıblar.

Migel Anxel Moratinos Azərbaycanın müxtəlif dinlər və etnik qruplar arasında dialoqun, eləcə də multicultural dəyərlərin təşviqində rolunu və bu xüsusda ölkəmizin təşəbbüsü ilə həyata keçirilən tədbirləri/konfransları təqdir edib.

Tərəflər, həmçinin Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələlərini müzakirə ediblər.