YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsədi xalqımızın sosial rifahının daha da yüksəldilməsidir

“Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsədi xalqımızın sosial rifahının daha da yüksəldilməsidir”. Bu fikri Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu məqsədlə ölkəmiz hər bir sahə üzrə inkişaf etdirilir. Onun sözlərinə görə, inkişaf və islahatlar müsbət nəticələr verməkdədir.

“Bu siyasət konkret olaraq özünü nədə göstərir? Hər şeydən əvvəl təkcə biz 2018-2019-cu illərə nəzər salsaq – maaşların, pensiyaların artırılması, tələbə təqaüdləri, doktorantların təqaüdləri, şəhid ailələri, müharibə veteranları, əlillərlə bağlı qərarların qəbul edilməsi digər ölkələrin tarixində çox nadir rast gəlinə bilər. Bütün bunlar hamısı cənab Prezidentin tərəfindən qəbul edildi və həyata keçirildi. Azərbaycan xalqı bütün bu tədbirləri görür və yüksək qiymətləndirir. Xalqımız Prezidentimizin liderliyi altında yürüdülən dövlət siyasətinin tam müdafiəçisidir. Bu siyasətin alternativi yoxdur və həmin siyasətin nəticəsində Azərbaycanın çox gözəl gələcəyi var”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv